Azərbaycan prezidenti Lökbatanda Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak edib

Azərbaycan prezidenti Lökbatanda Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak edib
# 21 yanvar 2011 11:43 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Bakının Lökbatan qəsəbəsində Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı Heydər Parkında aparılmış əsaslı yenidənqurma və abadlıq işləri ilə tanış olub. Qeyd edilib ki, Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə parkın ərazisində Heydər Əliyev Mərkəzi inşa edilib.

Dövlət başçısı Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Prezident İ. Əliyev Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdükdən sonra Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.

Daha sonra dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbə ərazisində yeni salınmış “Cırtdan” uşaq əyləncə parkına baxış keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR