Asim Mollazadə: “Necə olur ki, İran mollaları minlərlə müsəlmanı qıran Ohanyanı Tehrana dəvət edirlər?”

Asim Mollazadə: “Necə olur ki, İran mollaları minlərlə müsəlmanı qıran Ohanyanı Tehrana dəvət edirlər?”
# 21 yanvar 2011 14:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bu gün Milli Məclisdə akkreditasiya olunmuş jurnalistlərlə görüşüb. APA-nın məlumatına görə görüşdə A. Mollazadə ölkədəki ictimai-siyasi məsələrə dair sualları cavablandırıb, jurnalistlərlə gələcək fəaliyyətlərinə dair fikir mübadiləsi aparıb.

Millət vəkili ölkənin təhsil, mədəniyyət və kommunal sektorlarındakı problemlərdən danışıb. Həmçinin son zamanlar orta məktəblərdə hicabın qadağan olunması və İslam Partiyasının üzvlərinin həbsi ilə bağlı İran tərəfindən səslənən bəyanatlara münasibət bildirib: «İslam Partiyası üzvlərinin 1996-cı ildə keçirilən məhkəməsində onlar İran xüsusi xidmət orqanlarına işlədiklərini etiraf etmişdilər. İranın bu məsələlərə münasibətinə gəlincə deyə bilərəm ki, mən milyondan artıq soydaşımızın qovulduğu, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə İrana məxsus TİR-ların və yanacaqdaşıyan maşınlarının necə işlədiyini görmüşəm. Necə olur ki, İran mollaları bunu görmür, minlərlə müsəlmanı qıran Ohanyanı Tehrana dəvət edirlər? Ermənilərin İranda məktəbləri var, hüquqları qorunur, amma milyonlarla soydaşımızın hüquqları məhdudlaşdırılır. Cavanlar edam, qadınları daşqalaq edən İranın belə bəyanatlar səsləndirməsinin əsası yoxdur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR