AXCP Rəyasət Heyətinin iclası keçirilib

AXCP Rəyasət Heyətinin iclası keçirilib
# 24 yanvar 2011 13:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə APA-ya partiya sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. İclasda ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
Toplantıda qərara alınıb ki, AXCP yanvarın 31-də müxalifətin yaratdığı İctimai Palata ilə birgə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qarşısında keçiriləcək anım tədbirinə qoşulsun.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan M. Ə. Rəsulzadə 31 yanvar 1884-cü ildə Novxanıda anadan olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR