Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 24 yanvar 2011 13:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.
Gündəliyin partiyadaxili məsələ bölümündə Məhəmməd Əmin Rəsulzadənin yanvarın 31-də qeyd ediləcək doğum günü ilə bağlı müzakirə aparılıb. Qərara alınıb ki, həmin gün saat 12:00-da Novxanı qəsəbəsində Rəsulzadənin abidəsi ziyarət edilsin. Saat 14:00-da isə partiyanın mərkəzi qərargahında anım tədbiri keçiriləcək.
Toplantının sonunda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR