AXCP sədrinin müavini: “Müraciət edəcəkləri təqdirdə, sabiq müsavatçıları məmnuniyyətlə partiyaya üzv qəbul edəcəyik”

AXCP sədrinin müavini: “Müraciət edəcəkləri təqdirdə, sabiq müsavatçıları məmnuniyyətlə partiyaya üzv qəbul edəcəyik”
# 24 yanvar 2011 13:53 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, müraciət edəcəkləri təqdirdə sabiq müsavatçıları məmnuniyyətlə AXCP-yə üzv qəbul edəcəklərini vurğulayıb: “Çünki onlar müxalifətdən getmədiklərini bildiriblər və hər biri Azərbaycanda kifayət qədər tanınmış, kifayət qədər nüfuz sahibi olan şəxslərdir”.

Xatırladaq ki, 2010-cu il noyabr ayında Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyasından istefa verib. Bu ilin əvvəlində isə əvvəlcə professorlar Qabil Hüseynli və Adil Qeybulla, sonra isə partiyanın Sumqayıt rayon təşkilatının 15 üzvü analoji addım atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR