“Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

“Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
# 25 yanvar 2011 13:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanmış “Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, müstəqil ekspertlər, KİV təmsilçiləri iştirak ediblər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, sоn illər Аzərbаycаndа dövlət səviyyəsində kоrrupsiyаyа qarşı sistemli və ardıcıl şəkildə mübarizə аpаrılır, lakin bütün səylərə baxmayaraq, korrupsiya bu gün Azərbaycanın ən vacib problemidir. O deyib ki, normativ hüquqi aktların qəbulu mərhələsində korrupsiyaya yol aça biləcək halların aşkar edilməsi və aradan qaldırılması korrupsiyanın qarşısının alınmasında həlledici rol oynaya bilər.

Qanun layihəsini hüquqşünas-alim Qulamhüseyn Əlibəyli təqdim edib. Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı qanunvericiliyin anti-korrupsion ekspertizası sahəsində beynəlxalq metod və mexanizmlər öyrənilib və nəzərə alınıb: “Bu qanun layihəsinin hazırlanmasında əsas məqsəd normativ hüquqi aktlarda və normativ hüquqi aktların layihələrində korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaradan müddəaların aşkara çıxarılmasıdır”.

Deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, ekspert rəyi qanun layihəsinin müzakirədən çıxarılması üçün əsas ola bilməz: “Bu, millət vəkillərinin qanunvericilik təşəbbüsü hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Mövcud qanunvericiliyə görə, parlament qanunvericilik təşəbbüsü hüququ subyektlərindən gələn qanun layihələrində hər hansı düzəliş edə bilməz. Bu o zaman mümkündür ki, düzəliş, əlavə və təkliflər qanunvericilik təşəbbüsü hüququ subyekti ilə razılaşdırılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR