Milli Məclis Azərbaycan və Qazaxıstan arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib

Milli Məclis Azərbaycan və Qazaxıstan arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib
# 01 fevral 2011 13:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclis “Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiq edib. APA-nın xəbərinə görə, saziş layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Sazişə əsasən tərəflər mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq üzrə işçi qrup yaradacaq. İşçi qrupun tərkibi, iş qaydası və vəzifələri tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyənləşdiriləcək. Sazişdə tərəflərin əməkdaşlıq formaları, fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və qiymətləndirilməsi sahəsində məlumat mübadiləsi aparması, təcrübə mübadiləsinin təşkili, kadr hazırlığı sahəsində mübadilə, qarşılıqlı yardımların göstərilməsi və s. əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR