AXCP geniş müşavirə keçirib

AXCP geniş müşavirə keçirib
# 05 fevral 2011 15:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu gün geniş müşavirə keçirib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı partiya sədrinin hesabatı dinlənilib. Toplantıda həmçinin son vaxtlar Yaxın Şərqdə baş verən siyasi proseslərlə bağlı müzakirələr aparılıb.

Müşavirənin yekununda kütləvi aksiyaların keçirilməsi məqsədilə hazırlıq işlərinin aparılmasına dair qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR