Azərbaycanın Mədəniyyət Konsepsiyası hazırlanıb

Azərbaycanın Mədəniyyət Konsepsiyası hazırlanıb
# 15 fevral 2011 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Mədəniyyət Konsepsiyası hazırlanıb. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında çıxışında Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov məlumat verib.

F. Qurbanov bildirib ki, Milli Təhlükəsizlik Konsepsiyasının müddəalarına uyğun olaraq hazırlanmış sənəd Milli Təhlükəsizlik Konsepsiyasının koordinatoru olan Xarici İşlər Nazirliyinə təqdim olunub. Konsepsiyada vahid mədəniyyət məkanının yaradılması, Azərbaycanın xarici mədəniyyət məkanlarına inteqrasiyası və s. məsələlər əksini tapıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR