QAT “Xocalı faciəsi şahidlərin gözü ilə” adlı sənəd hazırlayıb

QAT “Xocalı faciəsi şahidlərin gözü ilə” adlı sənəd hazırlayıb
# 18 fevral 2011 11:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqda “Xocalı faciəsi şahidlərin gözü ilə” adlı sənəd hazırlayıb.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənəddə faciə barədə şahid ifadələri və xarici jurnalistlərin reportajları yer alıb. Sənəd BMT Təhlükəsizlik Şurasına, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və Azərbaycanın mətbuat vasitələrinə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR