Azad Azərbaycan Partiyası Demokratiya Uğrunda İttifaqa üzv qəbul olunub

Azad Azərbaycan Partiyası Demokratiya Uğrunda İttifaqa üzv qəbul olunub
# 24 fevral 2011 10:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib.

DUİ-dən APA-ya verilən məlumata görə, iclasda Azad Azərbaycan Partiyasının DUİ-yə daxil olması ilə bağlı müraciətinə baxılıb və partiya quruma qəbul olunub. Yığıncaqda KXCP DUİ-dən çıxmış partiya hesab edilib və təşkilatın bundan sonrakı fəaliyyəti müzakirə olunub və qurumun Məclisin yaxın vaxtlarda yaradılması qərara alınıb. İclasda DUİ-yə üzv olmaq istəyən daha 2 partiyanın növbəti yığıncaqda ərizəsinə baxılmasına dair də razılaşma əldə edilib. Həmçinin, toplantıda DUİ-nin digər siyasi qurumlarla əməkdaşlığı müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR