AXCP Rəyasət Heyətinin üzvü: “Pənah Hüseyn KQB agenti, Rauf Arifoğlu isə hakimiyyətin adamıdır”

X. Bahadır İctimai Palatanın (İP) fevralın 26-da keçirilən iclasında Koordinasiya Şurasının tərkibinin genişləndirilməsinə etiraz etməsinin səbəblərini də açıqlayıb: “Mən, ümumiyyətlə, tərkibin genişləndirilməsinə qarşı çıxmışam. İkincisi isə Rauf Arifoğlunun Koordinasiya Şurasında təmsilçiliyinə qarşı olmuşam. Burada gizli nəsə yoxdur, Azərbaycanda siyasi aktivliyi olan adamların hamısı bilir ki, Rauf Arifoğlu hakimiyyətin adamıdır. O, qəzeti ilə birlikdə indiki hakimiyyətə quluq edir. İctimai Palatanın iclasında mənə söz verilsəydi, bunları deyəcəkdim. Çünki mən çarpışmanı açıq aparıram, bir çoxları kimi gizli oyun oynamıram. Ancaq iclasda oyun oynayanlar var idi, ona görə də mənə söz vermədilər. Palatada antidemokratik proses gedir”.
X. Bahadır deyib ki, R. Arifoğlunun İP Koordinasiya Şurasının üzvü olmasında ilk növbədə Pənah Hüseyn maraqlı olub: “Məndən soruşmaq olar ki, Pənah Hüseyni yaxşı tanıyırdımsa, niyə başlanğıcdan buna qarşı çıxış eləmədim? Keçmiş daxili işlər naziri İsgəndər Həmidov mətbuatda da yazmışdı ki, Pənah Hüseyn KQB agentidir, “kliçkası” da Mamedovdur. Mən əvvəldən o səbəbdən çıxış etmədim ki, Pənah Hüseynin Koordinasiya Şurasında bir nəfər olduğunu düşündüm. Ancaq Pənah Hüseyn orada özünə agentura komandası yaratmağa başlayanda, artıq dözmədim. Mən sonadək vuruşacağam. Ya Pənah Hüseynlə Rauf Arifoğlu Koordinasiya Şurasından gedəcək, ya da mən İctimai Palatanı tərk edəcəyəm”.
X. Bahadır Müsavat və AXCP-nin ayrı-ayrılıqda mitinq keçirməsinə də münasibət açıqlayıb: “Ölkənin indiki durumunda öndə gedən iki partiyanın ayrı-ayrılıqda mitinq keçirməsini komediya sayıram. Bu, bir oyundur”.
İP-nin Koordinasiya Şurasının yeni seçilmiş üzvü, “Yeni Müsavat” qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlu isə APA-ya deyib ki, bu məsələyə münasibət bildirmək istəmir: “Və çox ümid edirəm ki, Xalid bəyin bu cür açıqlamalarına AXCP rəhbərliyi özü münasibət bildirəcək”.
İP-nin Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də APA-ya açıqlamasında bu məsələyə münasibət bildirmək istəmədiyini söyləyib: “Bu məsələyə münasibət bildirməyə ehtiyac duymuram. Xaliq Bahadırın kim olduğu, hansı yazılar yazdığı məlumdur, ona görə şərh verməyi belə layiq görmürəm. Mənə elə gəlir ki, onun psixoloji problemləri var. Məhz buna görə məsələyə münasibət bildirmirəm”.
Daxili siyasət

Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kazino oyunlarının təşkili üçün lisenziya tələb olunacaq

Azərbaycanda kazino oyunlarının təşkili üçün 340 min manat dövlət rüsumu ödəniləcək
Xəbər Lenti
Yevlaxda 1 nəfər kanalda batıb
Azərbaycan vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir
İran İsraillə münaqişənin intensivləşməsi fonunda ABŞ-la birbaşa danışıqlar aparıb
Sumqayıtda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Tramp “TikTok”-un ABŞ-da fəaliyyətinin dayandırılmasını 90 gün uzadıb
Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri 32 ölkədən QHT-lərin iştirakı ilə Almaniyada keçirilib
Edin Ceko İtaliya klubu ilə anlaşıb
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı olub - YENİLƏNİB-6 - VİDEO
Bu gün sertifikatlaşdırılma imtahanında 4228 nəfər müəllim iştirak edib
Ermənistan SQ-nin ən böyük birləşməsinin Azərbaycanın məntəqələrinin atəşə tutulmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib
Timor-Leste Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
İsrail Ordusu: Mövcud təhlükənin aradan qaldırılması üçün bütün addımlar atılacaq
Türkiyənin milli müdafiə naziri: Azərbaycanla əməkdaşlığımız davam edəcək
Keniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
QDİƏT PA-nın sessiyasının iştirakçıları Füzuli, Şuşa və Xankəndiyə səfər ediblər
Millət vəkilləri sertifikatlaşdırma imtahanını izləyiblər
Konqo lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib
Xamenei: ABŞ-ın meydana çıxması İsrailin zəifliyinin və bacarıqsızlığının göstəricisidir
İran-İsrail müharibəsi - SON DƏQİQƏ
Lənkəranda toya gedənlər qəzaya düşüb, 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
İsrail ordusu: İran İsrailə yeni zərbələr endirib
Rəsmi Moskva Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasının mümkünlüyünə münasibət bildirib
Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb
AzerGold” QSC-də Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş keçirilib
Baş Prokurorluğun bir neçə idarəsinin rəisi dəyişib
Xətai rayonuna prokuror təyin edilib
Oğuzda meşələrin yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
Türkiyədə yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb, yaralılar var
ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verilib - FOTO
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülhün təsisi ilə azad olunmuş ərazilərdəki bərpa prosesi daha da sürətlənəcək
Azərbaycan Prezidenti: On minlərlə insanın yeni evlərlə təmini Ərdoğanın öz xalqına bağlılığını göstərən faktordur
Ərdoğan: Qarabağda bərpa və yenidənqurma işləri sürətlə davam edir
Türkiyə Prezidenti: “Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir
Ərdoğan: Prezident İlham Əliyevin bizə uzanan yardım əli Kahramanmaraşa qardaşlıq möhürünü vurub
Netanyahu: İranın nüvə arxivini ələ keçirməyə nail olmuşuq, Tehran heç vaxt nüvə silahı əldə edə bilməyəcək
Prezident: Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub
Ərdoğan: Türkiyə və Azərbaycan arasında tale birliyinin nümunələrindən biri “Azərbaycan” məhəlləsidir
Azərbaycan Prezidenti: Kahramanmaraşlılar sınmadılar, əyilmədilər
Prezident: Azərbaycan-Türkiyə qardaşlığı dünya miqyasında önəmli faktordur
Azərbaycan Prezidenti: Qarabağ məsələsində də qardaşım Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə idik
Xəzər və Sabunçu rayonlarının bəzi hissələrində qaz olmayacaq
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyədəki zəlzələni öz faciəsi kimi qəbul etdi
Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
İsrail ordusu: İran kaset bombaları daşıyan ballistik raketdən istifadə edib
Türkiyəli nazir zəlzələ zamanı göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib
Azərbaycan və Polşa vergi sahəsində institusional əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi