Azərbaycan prezidenti Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisinə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisinə 2 milyon manat ayırıb
# 04 mart 2011 15:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, muzeyin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR