Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinq keçirməklə bağlı müraciətini cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinq keçirməklə bağlı müraciətini cavablandırıb
# 10 mart 2011 12:55 (UTC +04:00)
Bu barədə APA-ya partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, BŞİH Müsavatın martın 12-də aksiya keçirmək istədiyi “Təbriz” kinoteatrının qarşısında təhlükəsizliyi təmin edə bilməyəcəyini və nəqliyyatın intensivliyini əsas gətirərək həmin yerdə aksiya keçirməyə icazə verməyib.

Əvəzində BŞİH Müsavata mitinqi paytaxtın Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirməyi təklif edib.

A. Hacılı BŞİH-in yanaşmasının “Sərbəst toplaşma haqqında” qanuna zidd olduğunu söyləyib: “Biz mitinqi icazəsiz olaraq Bakının mərkəzi meydanlarından birində keçirmək barədə qərar qəbul etmək məcburiyyətində qalacağıq. Bununla bağlı martın 11-də məlumat veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR