Azərbaycan DİN: Müsavat Partiyasının razılaşdırılmamış aksiya keçirmək cəhdinin qarşısı qətiyyətlə alınacaq

Azərbaycan DİN: Müsavat Partiyasının razılaşdırılmamış aksiya keçirmək cəhdinin qarşısı qətiyyətlə alınacaq
# 10 mart 2011 14:01 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda kütləvi aksiyaların keçirilməsi üçün müəyyən yerlər ayırıb: “Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına konkret ərazidə mitinq keçirməyə icazə verib. Əgər Müsavat Partiyası həmin yerdə mitinq keçirsə, polis əməkdaşları qanuna müvafiq olaraq ictimai asayişi və aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Lakin partiya Bakının başqa küçə və meydanlarında icra hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə, ictimai asayişi pozmağa cəhd göstərərsə, bunun qarşısı qətiyyətlə alınacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasını martın 12-də aksiya keçirmək istədiyi “Təbriz” kinoteatrının qarşısında təhlükəsizliyi təmin edə bilməyəcəyini və nəqliyyatın intensivliyini əsas gətirərək həmin yerdə aksiya keçirməyə icazə verməyib. Əvəzində BŞİH Müsavata mitinqi paytaxtın Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirməyi təklif edib. Müsavat Partiyası isə təyin etdiyi mitinqi keçirməkdə israrlı olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR