AXCP sədrinin müşaviri və partiyanın 8 üzvü saxlanılıb

AXCP sədrinin müşaviri və partiyanın 8 üzvü saxlanılıb
# 11 mart 2011 12:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün bir qrup şəxsin Bakı şəhərində aksiya keçirmək cəhdi zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 8 üzvü polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya AXCP-dən məlumat verilib.

Məlumata görə, AXCP sədrinin müşaviri Sahib Kərimov da saxlanılıb. Lakin o tutularkən Bakıda yox, Şəki şəhərində olub. AXCP həbsləri pisləyərək saxlanılan şəxslərin azad olunmasını tələb edib.

Qeyd edək ki, bu gün Bakıda gənclərin təşəbbüsü ilə “Böyük Xalq günü” adlı icazəsiz aksiya keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR