Azərbaycan parlamentinin vitse-spikeri Ermənistan prezidentinə və onun xanımına müraciət edib

Azərbaycan parlamentinin vitse-spikeri Ermənistan prezidentinə və onun xanımına müraciət edib
# 15 mart 2011 10:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasındakı çıxışında bildirib.

B. Muradova diqqəti bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snayperindən açılan atəş nəticəsində Fariz Bədəlovun qətlə yetirilməsinə yönəldib. Sədr müavini deyib ki, bu hadisə 8 Mart Beynəlxalq Qadınlar Günü, insanların Novruz Bayramına hazırlaşdığı bir vaxtda baş verib: “Bu addım prezidentlərin Soçi görüşündən sonra oldu. Öldürülən hərbçi deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda səfərdə olan ATƏT sədrinə müraciət edirəm. Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək verəcəksiniz? Biz hər dəfə bu məsələləri qaldıranda tərəflər arasında etimadın təmin olunmasından danışırlar? Bundan sonra qarşı tərəfə necə etimad göstərmək olar?”

B. Muradova, həmçinin Azərbaycan qadınlarına müraciət edərək, Novruz Bayramı günü süfrələrində 9 yaşlı şəhid Fariz Bədəlovun xatirəsini yad etmək üçün şam yandırmalarını xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR