YAP Gənclər Birliyi Novruz bayramı münasibətilə tədbir keçirib

YAP Gənclər Birliyi Novruz bayramı münasibətilə tədbir keçirib
# 17 mart 2011 16:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Novruz bayramı münasibətilə tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə YAP rəhbərliyi, Gənclər Birliyinin rəhbərliyi, həmçinin bir sıra hökumət qurumlarının nümayəndələri iştirak edib. Mərasimdə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın Azərbaycan cəmiyyətində oynadığı roldan danışıb. Gənclər Birliyinin sədri Seymur Orucov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edib. YAP Gənclər Birliyinin fəallarının da qatıldığı tədbir bədii hissə ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR