Millət vəkili Qənirə Paşayeva şəhid Samir Ağayevin ailəsinə baş çəkib

Millət vəkili Qənirə Paşayeva şəhid Samir Ağayevin ailəsinə baş çəkib
# 26 mart 2011 08:03 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Millət vəkili Qənirə Paşayeva martın 23-də Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi pozması nəticəsində şəhid olmuş hərbi qulluqçu 1985-ci il təvəllüdlü Ağayev Samir Hidayət oğlunun ailəsinə baş çəkib. APA-nın Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayan şəhid ailəsi ilə görüşən millət vəkili bildirib ki, Vətən uğrunda şəhid olanların həyatı gənclərə örnək təşkil etməlidir: “Cəbhəyanı yaşayış məntəqələrində hərbiçilərin və mülki vətəndaşların ermənilər tərəfindən hədəfə alınaraq öldürülməsi ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi soyqırımın tərkib hissəsidir”.
Qeyd edək ki, Samir Ağayev Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Füzulu rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlında ermənilərin atəşkəsi pozması nəticəsində martın 23-də şəhid olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR