“Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda elmi-praktik konfrans keçirilib

“Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda elmi-praktik konfrans keçirilib
# 30 mart 2011 11:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Respublika Prokurorluğunun birgə təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov deyib ki, 1918-ci ilin mart qırğınları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli soyqırımdır. O bildirib ki, 31 mart soyqırımına ilk hüquqi-siyasi qiymət Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev tərəfindən verilib. 1998-ci ildə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.

Baş prokurorun I müavini Rüstəm Usubov isə bəyan edib ki, 1918-ci ildə Bakıda Stepan Şaumyanın rəhbərliyi ilə müsəlman əhaliyə qarşı qırğınlar törədilib: “Bakıda təxminən 17 minə qədər insan qətlə yetirilib. Erməni daşnakları Qubada da soyqırım həyat keçiriblər. Qubada 2000-dən artıq dinc əhali qırılıb. Şamaxıda isə 7 minə yaxın dinc əhali qətlə yetirilib. Bu cinayətlər istintaq yolu və tarixçilərin köməyi ilə aşkara çıxarılacaq və ermənilər ifşa ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR