İstiqlal Muzeyində 31 mart soyqırımının 93-cü ildönümü ilə əlaqədar konfrans keçirilib

İstiqlal Muzeyində 31 mart soyqırımının 93-cü ildönümü ilə əlaqədar konfrans keçirilib
# 30 mart 2011 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət İstiqlal Muzeyində 31 mart soyqırımının 93-cü ildönümü ilə əlaqədar konfrans təşkil olunub. APA-nın məlumatına görə, konfrans 31 mart soyqırımına həsr olunmuş sənədli filmin nümayiş ilə başlayıb. İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxışında 93 il bundan əvvəl törədilmiş soyqırımın tarixinə nəzər salıb. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Azərbaycan Elmlər Akademiyasının Şərqsünaslıq İnstitunun aparıcı elmi işçisi Solmaz Rüstəmova, Bakı Dövlət Universitetinin mənbəəşünaslıq – tarixşünaslıq metodikası kafedrasının müdiri Anar İsgəndərli, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, əməkdar elm xadimi Süleyman Əliyarlı və başqaları çıxış ediblər.

Konfransda Prezident Qvardiyasının əsgərləri, Ali Hərbi Dənizçilik məktəbinin kursantları, Heydər Əliyev adına Hərbi məktəbin kursantları və digət ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR