YAP Gənclər Birliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paytaxtda aksiya keçirib - FOTO

YAP Gənclər Birliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paytaxtda aksiya keçirib - <font color=red>FOTO</font>
# 31 mart 2011 09:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paytaxtda aksiya keçirib.

APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin üzvləri aksiya zamanı vətəndaşların sıx toplaşdığı ərazilərində şəhər sakinlərinə 1918-ci il martın 31-də Bakıda və ölkənin bir sıra bölgələrində törədilən qətliamları özündə əks etdirən broşurlar təqdim ediblər. Həmçinin, partiyanın gənc üzvləri hadisələrlə bağlı şəhər sakinlərinə və qonaqlara soyqırım haqda şifahi məlumatlar da veriblər.

Aksiya Bakının bütün rayonlarını əhatə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR