YAP icra katibinin müavini: “Aprelin 2-də qanunsuz mitinq etmək istəyənlər bəzi xarici dairələrin əlində alətə çevriliblər”

YAP icra katibinin müavini: “Aprelin 2-də qanunsuz mitinq etmək istəyənlər bəzi xarici dairələrin əlində alətə çevriliblər”
# 01 aprel 2011 07:52 (UTC +04:00)
Azərbaycanın inkişafını görmək istəməyən xarici dairələr müxtəlif variantlara əl atırlar. Çox təəssüf ki, bu zaman Azərbaycanın daxilində olan bəzi insanlar bilərəkdən yaxud, bilməyərəkdən bu dairələrin toruna düşür. Bununla da, milli maraqlarımıza zidd hərəkət edirlər. Biz Qarabağ məsələsindən danışarkən unutmamalıyıq ki, bu problemin həlli Azərbaycanın gücündən, qüdrətindən çox asılıdır”. APA-nın xəbərinə görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

İcra katibinin müavini vurğulayıb ki, Azərbaycanda heç kim ümummilli maraqları tapdayaraq siyasi iddiaları naminə xarici qüvvələrin əlində alətə çevrilməməlidir: “Təəssüf ki, biz belə halları müşahidə edirik. Görünür, bəziləri yaxın keçmişdən ibrət dərsləri almayıb. O zamanlar xarici dairələrin təsirinə uyaraq Azərbaycanın daxilində bu və digər təxribatlar törətməklə ölkəmizə nə qədər böyük ziyan vurulduğu unudulmamalıdır. Aprelin 2-də qanunsuz mitinq etmək istəyənlər vaxtilə hakimiyyəti biabırcasına qoyub qaçanlardır ki, bu gün bəzi xarici dairələrin əlində alətə çevriliblər. Həmin şəxslər milli maraqlarımıza uyğun olmayan fəaliyyətlə məşğul olurlar”.

Qarabağ məsələsinin həllinin Azərbaycanın gücü ilə bağlı olduğunu deyən M. Qurbanlının sözlərinə görə, belə bir şəraitdə hansısa qüvvələrin təhriki ilə Azərbaycanda qarşıdurma yaratmağa cəhd göstərmək bütövlükdə milli maraqlar baxımından yolverilməzdir: “Aprelin 2-də müxalifətin qarşıdurma yaratmaq istəyi iflasa uğrayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR