Aprelin 2-də saxlanan KXCP üzvü Cavid Mehrəliyev sərbəst buraxılıb

Aprelin 2-də saxlanan KXCP üzvü Cavid Mehrəliyev sərbəst buraxılıb
# 04 aprel 2011 15:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Aprelin 2-də İctimai Palatanın keçirdiyi aksiyada polis tərəfindən saxlanılmış Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Cavid Mehrəliyev bu gün sərbəst buraxılıb. Bu barədə APA-ya KXCP-nin Təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib. O, C. Mehrəliyevin aprelin 2-dən Səbail Rayon Polis İdarəsində saxlanıldığını söyləyib: “Bu gün onu elə idarədən buraxdılar. İdarədən dedilər ki, Cavid Mehrəliyev şübhəli şəxs qismində saxlanılıb, araşdırma aparıldıqdan sonra sərbəst buraxılıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR