Azərbaycan İslam Partiyasının sədr əvəzi: “Aprelin 8-də mitinq keçirməkdə israrlı deyilik, biz razılaşdırılmış dinc aksiya keçirmək istəyirik”

Azərbaycan İslam Partiyasının sədr əvəzi: “Aprelin 8-də mitinq keçirməkdə israrlı deyilik, biz razılaşdırılmış dinc aksiya keçirmək istəyirik”
# 06 aprel 2011 11:58 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin üzvü Kərbəlayı Natiq Kərimov deyib. N. Kərimov öz fikirlərindən çəkinmək niyyətlərinin olmadığını da söyləyib: “Polislə qaçdı-tutdu oynamaq lazım deyil. İslam alimlərinin insanlara sözü var. Əlbəttə, partiyanın qərarı ilə razılaşacağam. Lakin bu mənim fikrimdir”. N. Kərimov partiyanın aprelin 6-da mitinqə hazırlıqla bağlı toplantısının olacağını və burada məsələyə aydınlıq gətiriləcəyini qeyd edib.

AİP-in sədr əvəzi Hacı Elçin Manafov bildirib ki, hüquq-mühafizə orqanları və hökumət qurumları ilə qarşıdurmaya getmək niyyətində deyillər: “Bu dəfə paytaxt meriyasına müraciətimizdə mitinq yeri ilə bağlı məsələsini açıq saxlayacağıq. Yaxşı olar ki, Bakı şəhər İcra Hakimiyyəti İslam Partiyasına mitinq üçün yeri özü təklif etsin. Haranı təklif edəcəklərsə, bu barədə fikirləşəcəyik”. E. Manafov aprelin 8-də mitinq keçirməkdə israrlı olmadıqlarını da diqqətə çatdırıb: “Biz razılaşdırılmış dinc aksiya keçirmək niyyətindəyik. Yaxın iki-üç gün ərzində qərarımız müəyyənləşəcək ki, yaxın ongünlükdə də mitinqi keçirək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR