Ağdaban faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Ağdaban faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO</font>
# 07 aprel 2011 13:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağdaban faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu deyib ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Q. Şəmşiroğlu Ağdaban faciəsini tarixdə bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi səciyyələndirib: “Ağdaban Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosiyanın əmri ilə işğal edilərək, sakinlərinə divan tutulub. Erməni separatçıları tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və qəbiristanlıq təhqir və məhv edilib. Klassik Azərbaycan şerinin ustadı Aşıq Qurbanın, oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb talan edilib”.

O, həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin laqeydliyindən də danışıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Qənirə Paşayeva, Fəzail Ağamalı və digərləri ermənilərin son yüz ildə Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım faktlarını diqqətə çatdırıblar. Çıxış edənlər beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı soyqırım aktlarına qiymət verməməkdə də ittiham ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR