AXCP üzvü Sahib Kərimov barəsində həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib - YENİLƏNİB

AXCP üzvü Sahib Kərimov barəsində həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib - <font color=red>YENİLƏNİB</font>
# 12 aprel 2011 14:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd göstərdiyi kütləvi aksiya zamanı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü (AXCP) Sahib Kərimov barəsində seçilən həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Bunu APA-ya S. Kərimovun vəkili Yavər Hüseynov deyib. Vəkil bu gün müdafiə etdiyi şəxslə görüşdüyünü, onun vəziyyətinin normal olduğunu bildirib.

Qeyd edək ki, S. Kərimova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub. Səbail rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Barəsində 7 sutkalık inzibati həbs qərarı verilən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli də apellyasiya şikayəti verib. Vəkil Əsabəli Mustafayev apellyasiya şikayəti əsasında məhkəmənin aprelin 13-də keçiriləcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR