Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 18 aprel 2011 14:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə qərarların icrası və görülən işlər müzakirə olunub.

Toplantıda əsas müzakirə olunan məsələ isə İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiya olub. Qeyd edilib ki, aksiya ərəfəsində DİN şəhərin mərkəzi hissəsini tam nəzarətə götürüb: “Mitinqə gələnlər təyin edilmiş yerdən xeyli aralı həbs ediliblər və ya onların irəliləməsinə imkan verməyib. Həmin gün 200-dək mitinq iştirakçısı həbs edilib və onların xeyli hissəsi məhkəməyə aparılaraq barələrin müxtəlif müddətli inzibati həbs və pul cəzası kəsilib”.

Divan vətəndaşların konstitusion hüquqlarına bu cür yanaşılmasını pisləyib, onların sərbəst toplaşmaq azadlığı hüququna hörmət etməyi tələb edib.

Həbs edilənlərin müdafiəsinin təşkil edilməsi və onlara zəruri diqqət göstərilməsi ilə bağlı konkret göstərişlər verilib.

Sonda cari məsələlərə baxılıb.

Qeyd edək ki, ADP və Ümid partiyaları, habelə DUİ də aksiya zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR