Aprelin 17-də “Sahil” bağında saxlanılan isveçli jurnalistlər Azərbaycandan deportasiya edilib
18 aprel 2011 15:37 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında DMX-nin idarə rəisinin müavini Zərnişan Əhmədova bildirilib. O, qeyd edib ki, isveçli jurnalistlərlə bağlı qanuna uyğun araşdırma aparılıb və araşdırmaların nəticəsi olaraq müvafiq qərar qəbul olunub. Əcnəbi jurnalistlər Daxili İşlər Nazirliyinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı əcnəbi jurnalist ölkəmizdə peşə fəaliyyəti ilə məşğul olması üçün Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidir. Araşdırmalar zamanı məlum olub ki, həmin jurnalistlər Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməyiblər. Məhz buna görə də onlar qanunvericiliyin tələbinə uyğun olaraq ölkədən deportasiya ediliblər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də APA-ya bildirib ki, aprelin 17-də “Sahil” bağında saxlanılan isveçli jurnalistlər Azərbaycanda akkreditə olunmayıblar: “Həmin jurnalistlər tərəfindən bizə rəsmi müraciət daxil olmayıb”.
Qeyd edək ki, İctimai Palatanın aprelin 17-də keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiyada çəkiliş aparan üç isveçli jurnalist polis tərəfindən saxlanılıb.
Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmadığından Charlie Laprevote, My Rohwedder Street və Charlotta Wijkström DMX-yə təhvil veriliblər.

Daxili siyasət
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:30
15 sentyabr 2024
Bakının işğaldan azad edilməsindən 106 il ötür
07:00
15 sentyabr 2024
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024