Ümid Partiyasının növbəti qurultayı payızda keçiriləcək

Ümid Partiyasının növbəti qurultayı payızda keçiriləcək
# 19 aprel 2011 12:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ümid Partiyasının V qurultayı keçiriləcək.

Ümid Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Şəbnəm Bəkirzadənin APA-ya verdiyi məlumata görə, qurultayın bu ilin oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulub. Artıq qurultaya hazırlıq üzrə partiyanın 28 rayon təşkilatının hesabat-seçki konfransları keçirilib.

Ş. Bəkirzadə iyunun sonuna qədər rayon təşkilatlarının hesabat-seçki konfranslarının keçiriləcəyini də qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR