Prezident Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş Azərbaycan vətəndaşlarına birdəfəlik yardım ayrılması haqqında sərəncam imzalayıb

Prezident Çernobıl qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş Azərbaycan vətəndaşlarına birdəfəlik yardım ayrılması haqqında sərəncam imzalayıb
# 22 aprel 2011 16:17 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəzanın ildönümü münasibətlə imzalanan sərəncamda aşağıdakılar qərara alınıb:

1. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım göstərilsin.

2. Bu sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000,0 (bir milyon yüz min) manat məbləğində vəsait ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR