İctimai Palata qanun pozuntuları ilə bağlı sənəd hazırlayıb

İctimai Palata qanun pozuntuları ilə bağlı sənəd hazırlayıb
# 23 aprel 2011 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İctimai Palatanın etiraz aksiyaları zamanı saxlanılan və barələrində həbs-qətimkan tədbiri seçilən şəxslərə qarşı hüquq-mühafizə orqanları tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə vəkillər və hüquq müdafiəçiləri iştirak edib.

Vəkil Vidadi Mirkamal qanun pozuntularının əks olunduğu xüsusi sənəd hazırlandığını bildirib və sənədin məzmunu haqqında məlumat verib. Qərara alınıb ki, sənəd hüquq-mühafizə orqanlarına və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə təqdim olunsun.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR