Hüquq-mühafizə orqanlarının əməkdaşları Müsavat Partiyasının mərkəzi qərargahında axtarış aparırlar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Müsavat Partiyasının mərkəzi qərargahında axtarış aparırlar
# 26 aprel 2011 13:55 (UTC +04:00)
Bu barədə APA-ya partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib. G. Aslanlı hüquq-mühafizə orqanları əməkdaşlarının onlardan İctimai Palata ilə bağlı sənədləri istədiklərini bildirib: “Biz həmin sənədləri onlara təqdim etməyə razılaşmışıq”.

Respublika Baş Prokurorluğundan Müsavat Partiyasının qərargahında axtarış aparıldığı təsdiqlənib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, partiyanın qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR