Vidadi İsgəndərovun apellyasiya şikayəti rədd edilib

Vidadi İsgəndərovun apellyasiya şikayəti rədd edilib
# 27 aprel 2011 15:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın aprelin 17-də Bakıda keçirməyə cəhd göstərdiyi kütləvi aksiya ilə əlaqədar həbs olunan hüquq müdafiəçisi Vidadi İsgəndərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya Vidadi İsgəndərovun vəkili Akif Əlizadə məlumat verib. Vəkil məhkəmənin apellyasiya şikayətini təmin etmədiyini, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladığını deyib.

Qeyd edək ki, Vidadi İsgəndərov Nəsimi rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati olaraq azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR