İP Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli və AXCP Sabirabad rayon şöbəsinin üzvü Sahib Rüstəmli apellyasiya şikayəti verib

İP Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli və AXCP Sabirabad rayon şöbəsinin üzvü Sahib Rüstəmli apellyasiya şikayəti verib
# 27 aprel 2011 15:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın (İP) aprelin 17-də Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı həbs olunan İP Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sabirabad rayon şöbəsinin üzvü Sahib Rüstəmli apellyasiya şikayəti verib. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib. Əsabəli Mustafayev apellyasiya şikayətində müdafiə etdiyi şəxslərin həbs olunarkən hüquqlarının pozulduğunu deyib. Onlar həbs olunarkən vəkillə təmin olunmayıblar: “Biz də şikayətdə təzminat ödənilməsini tələb etmişik. Dövlətin dəymiş ziyana görə, Köçəri Nağıbəyliyə 4 min, Sahib Rüstəmliyə isə 12 min manat təzminat ödəməsini istəyirik”.

Qeyd edək ki, hər iki şəxs məhkəmənin qərarı ilə 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum ediliblər. Onlar bir neçə gün əvvəl azadlığa buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR