Əli Əhmədov: “Bəzi qüvvələr gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar”

Əli Əhmədov: “Bəzi qüvvələr gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar”
# 28 aprel 2011 14:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Naftalan şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi rayon və şəhər təşkilat sədrlərinin müşavirəsi keçirilib. APA-nın partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib ki, gənclər daha fəal olmalı və digər gənclərlə təmaslarını daha da genişləndirməlidirlər. Gənclərlə bağlı dövlət proqramının hazırlandığını söyləyən Əli Əhmədov bildirib ki, gənclərin qarşılaşdığı bir sıra problemlər bu proqramda əksini tapacaq.

Bir qisim gənclərin radikal müxalifət partiyalarının təsiri altına düşdüyünü vurğulayan Ə. Əhmədov bəyan edib ki, əsas məqsəd onları səhv yoldan çəkindirməkdir: “Azərbaycan dövlətinin gənclərdən gözlədiyi budur ki, daha yaxşı təhsil alsınlar və Azərbaycanın inkişafında daha yaxından iştirak etsinlər. Bəzi qüvvələr gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır”.

Müşavirədə çıxış edən YAP Gənclər Birliyinin rayon şöbələrinin sədrləri dövlətin gənclərlə bağlı siyasətini bəyəndiklərini bildiriblər.

Naftalan şəhərində “Azərbaycan gəncliyi və müasirlik” mövzusunda konfrans da keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR