İctimai Palatanın sessiyası keçirilir

İctimai Palatanın sessiyası keçirilir
# 29 aprel 2011 09:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiyaya sədrlik edən İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn deyib ki, AMİP İP-dən çıxsa da, bu partiyanın təmsilçiləri İP-in bu gün keçirilən sessiyasına qatılıblar.

İclasda əvvəlcə təşkilati məsələlərə baxılıb. İP-nin katibi Gülağa Aslanlı təşkilata üzv olmaq üçün ərizə verənlər olduğunu deyib. Onun sözlərinə görə, müraciət edənlərdən 4-ü sonuncu parlament seçkilərində namizəd olduğundan, avtomatik olaraq müraciətlə İP-ə üzv olur. Həmin namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəylinin də adı var.

İclasda çıxış edən bəzi şəxslər isə İP-ə üzv qəbul olmadıqlarına görə narazılıq ediblər. Onlar bir neçə iclas əvvəl müraciət etsələr də, İP üzvlüyünə qəbul olunmadıqlarından şikayətləniblər. KXCP üzvü Elman Türkoğlu da çıxışında İP üzvlüyünə qəbulun hansı əsaslarla keçirildiyini soruşub: “Bilək ki, qohumbazlıq prinsipi ilə olur, ya hansı qayda ilə üzv seçilir?”

İclas davam edir.

İclasda Qadınlar Şurasının yaradılması, bu Şuraya sədr seçkisinin keçirilməsi, cari və digər məsələlərə baxılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR