Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 02 may 2011 14:41 (UTC +04:00)
Bakı-APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda qərarların icrası və görülən işlər, partiya daxili məsələlər müzakirə olunub. Partiyanın Beyləqan, Bərdə və Ağdam rayon təşkilatlarında keçirilmiş konfrans və ümumi yığıncaqlar haqqında məlumat dinlənilib və bəyənilib.

Yığıncaqda həbsdə olan müxalifətçilər və son vaxtlar müxalifət təmsilçilərinə qarşı təzyiqlərlə bağlı müzakirələr aparılıb və bununla bağlı xüsusi bəyanat qəbul edilib.

Sonra İctimai Palatanın son sessiyası və növbəti kütləvi aksiyalar barədə geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.

Toplantıda son günlər ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə əldə etdiyi uğurlar təqdir olunub. Qeyd edilib ki, bu mühüm bir tarixi mərhələnin yekunu və yeni mərhələnin müsbət perspektivləri baxımından əhəmiyyətli gəlişmədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR