AXCP sədrinin müavini Bakı Şəhər Prokurorluğunda dindirilib

AXCP sədrinin müavini Bakı Şəhər Prokurorluğunda dindirilib
# 05 may 2011 14:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Polis nəzarətində olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Prokurorluğunda ifadə verib. Bu barədə APA-ya onun vəkili Yalçın İmanov bildirib. Onun sözlərinə görə, F. Qəhrəmanlıya 2 aprel aksiyası ilə bağlı müəyyən suallar verilib: “Bu, əlavə dindirmə idi. Ancaq müəyyən detallar var ki, istintaq sirri olduğuna görə onlara toxuna bilmərəm”

Qeyd edək ki, İctimai Palatanın 2 aprel aksiyasında saxlanmış F. Qəhrəmanlı iki gün sonra buraxılıb. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə təqsirləndirilən şəxs qismində istintaq müddətində onun polis nəzarətində olacağı haqda qərar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR