Əli Əhmədov: “Azərbaycan kifayət qədər möhkəm dayaqlar üzərində qərar tutub, kiminsə burada sabitliyi pozmaq istəyini həyata keçirilməsi real görünmür”

Əli Əhmədov: “Azərbaycan kifayət qədər möhkəm dayaqlar üzərində qərar tutub, kiminsə burada sabitliyi pozmaq istəyini həyata keçirilməsi real görünmür”
# 06 may 2011 10:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov deyib.

Onun sözlərinə görə, “ABŞ Gürcüstan hökuməti vasitəsilə Azərbaycanda inqilabi proseslərə dəstək verir” kimi yazıları mətbuatdan oxusa da, bunun nə dərəcədə həqiqətə uyğun olması haqda fikir söyləyə bilməz: “Amma bilirsiniz ki, bəzən həqiqət çox sifətli olur. Həqiqət ondan ibarətdir ki, Azərbaycandan kənarda olan bəzi qüvvələr, ölkəmizdə sabitliyin pozulmasına cəhdlər göstərirlər. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycanda sabitliyi pozmağa çalışan qüvvələr öz niyyətlərinə nail ola bilər, ya yox”.

Ə. Əhmədov onu da bildirib ki, Azərbaycan dövləti kifayət qədər möhkəm dayaqlar üzərində qərar tutduğundan, kiminsə burada sabitliyi pozmaq istəyinin həyata keçirilməsi real görünmür: “Digər tərəfdən isə Azərbaycan hökuməti ilə Gürcüstanın rəsmi dairələri arasında kifayət qədər səmimi münasibətlər formalaşıb. Hesab edirik ki, hər iki ölkə strateji dostluq və əməkdaşlıq əlaqələri qura biliblər. Azərbaycan bu münasibətlərə ciddi diqqət yetirir və qiymətləndirir. Həmçinin əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Gürcüstan da Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Bu mənada Gürcüstanın bu prosesdə iştirakına inanmaq istəmirəm. Hər halda bu xəbərlər yayılıb və bunları araşdırmaq, həqiqətə uyğun olub-olmadığını öyrənmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR