MSK sədri Məzahir Pənahov Avropa seçki qurumlarının konfransında iştirak edəcək

MSK sədri Məzahir Pənahov Avropa seçki qurumlarının konfransında iştirak edəcək
# 06 may 2011 14:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti mayın 9-dan 15-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Avropa Şurası Venesiya Komissiyasının baş katibi Tomas Markertin dəvəti ilə gerçəkləşəcək.
Nümayəndə heyəti Vyanada keçiriləcək Avropa seçki qurumlarının 8-ci konfransında iştirak edəcək. Tədbir “Dəyişən dünyada seçkilər” mövzusuna həsr olunub. Səfər çərçivəsində MSK sədrinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən təşkil olunmuş Şərqi Avropa ölkələri seçki qurumlarının koordinasiya toplantısında iştirakı da nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR