Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna səfər edib
# 06 may 2011 20:56 (UTC +04:00)
Prezident İlham Əliyev rayonun mərkəzində ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin eskiz layihəsinə baxıb.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin tikintisində gedən hazırlıq işləri ilə də tanış olub.

Prezident Zərdab rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ölkə başçısı bildirib ki, ölkənin ümumi inkişaf meylinə uyğun olaraq, respublikanın bütün rayonları kimi, Zərdab rayonunun inkişafı da konkret proqramlarda öz əksini tapıb. “Zərdabda işlər yüksək səviyyədə görülməlidir”, - deyən Prezident İlham Əliyev sosial məsələlərin həllinin vacib olduğunu qeyd edib.

Dövlət başçısı bölgələrə səfərində əsas məqsədin görülən işlərlə yerində tanış olmaq olduğunu bildirib. Prezident respublikanın bütün rayonlarında olduğu kimi, Zərdabın da infrastrukturunun daha da yenilənməsi üçün tədbirlərin görüləcəyini söyləyib.

Rayon sakinləri Zərdabda aparılan işlərdən məmnunluqlarını bildirib, ötən il Kür çayının daşması nəticəsində baş verən təbii fəlakət zamanı onlara göstərilən qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR