Mirzə Sakit: “AXCP-də avtoritarizm hökm sürdüyündən istefa verdim”

Mirzə Sakit: “AXCP-də avtoritarizm hökm sürdüyündən istefa verdim”
# 18 may 2011 08:26 (UTC +04:00)
İstefasının səbəbləri barədə danışan M. Sakit bildirib ki, bu, təkcə “Azadlıq” qəzetində yazılarının getməməsi ilə bağlı olmayıb: “Bir insanı, yaxın cəbhədaşı işsiz qoyulan yerdə mən necə qala bilərəm? Mən kənardan gəlib “Azadlıq” qəzetində çıxış etmirdim ki... Mən zatən o qəzetin əməkdaşı idim. Heç bir əsas və arqument gətirilmədən qəzetdən uzaqlaşdırılmağım mənə çox pis təsir elədi. Həm də bir ailə başçısı kimi işsiz qaldım. Mənim ailəm, beş uşağım var, indiki zamanda işsiz necə dolana bilərəm? Hansısa inciklik ola bilər, ancaq buna görə adamı işdən uzaqlaşdırmazlar. Bir partiya da ki, adama qarşı bu qədər sayğısızlıq ola, düşündüm ki, burada qalmağın yeri yoxdur. Gördüm ki, burada avtoritarizm hökm sürür və istefa verdim”.

M. Sakit yaradıcılığını və siyasi fəaliyyətini davam etdirəcəyini, lakin başqa bir partiyaya üzv olmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR