Azərbaycan prezidentinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksinin açılışı olub
19 may 2011 15:17 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı var.
Dövlət başçısı yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış olub. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib.
Yaşayış kompleksi ilə tanışlıqdan sonra prezident İ. Əliyev bir qrup sakinə mənzillərin orderlərini təqdim edib.

Daxili siyasət
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
10:30
15 sentyabr 2024
Bakının işğaldan azad edilməsindən 106 il ötür
07:00
15 sentyabr 2024
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024