Azərbaycan prezidenti Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə tanış olub

Azərbaycan prezidenti Şüvəlan və Sabunçu qəsəbələrində görülən işlərlə tanış olub
# 24 may 2011 16:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Şüvəlan qəsəbəsinin sxemi əsasında həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, BŞİH-də şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Azərbaycan prezidentinin verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Şüvəlanda da abadlıq və quruculuq tədbirlərinə başlanılıb. Qəsəbədaxili yollar əsaslı şəkildə yenidən qurulur. İndiyədək Şüvəlan qəsəbəsinin küçələrində 30 min kvadratmetr asfalt işləri aparılıb, piyada keçidləri və səkilər tamamilə yenidən qurulub. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.

Sonra dövlət başçısı Sabunçu qəsəbəsinə gəlib. Bu il aprelin 27-də prezident Sabunçu sakinləri ilə görüşərkən onlar dövlət başçısından Sabunçu qəsəbəsindən Bakıxanov qəsəbəsinə və Heydər Əliyev prospektinə Aeroport istiqamətində nəqliyyatın çıxışını təmin etmək üçün yeni yolun çəkilməsini xahiş etmişdilər. Həmin gün prezident yeni yolun keçəcəyi ərazi ilə yerindəcə tanış olub, məsələnin həlli ilə bağlı müvafiq göstərişlərini vermişdi.

Dövlət başçısının tapşırıqları qısa vaxt ərzində və yüksək keyfiyyətlə həyata keçirilib.

H. Abutalıbov yeni yolun tikintisi barədə prezidentə məlumat verib. Bildirilib ki, min metr uzunluğu olan yeni yolda 12 min kvadratmetr asfalt işləri aparılıb, 4 min metr uzunluğunda səkilərə xaricdən gətirilmiş qranit döşənib. Yağış sularının axıdılması üçün 500 metr uzunluğunda boru xətti çəkilib. Yol boyu xaricdən gətirilmiş işıq dirəkləri quraşdırılıb. Yolun keçdiyi ərazidə məskunlaşmış 25 qaçqın ailəsi yeni mənzillərlə təmin edilib. Yolun yatağı 2 metrdən 6 metrə qədər qaldırılıb. Yeni yolun istifadəyə verilməsi 40 min əhalisi olan Sabunçu qəsəbəsinin Bakıxanov, Qaraçuxur qəsəbələrinə, Əmircan və Bülbülə kəndlərinə, o cümlədən Heydər Əliyev prospektinə çıxışını tam təmin edəcək və məsafəni xeyli azaldacaq.

Yeni yolla tanış olan dövlət başçısı sakinlərlə görüşüb.

Sabunçu sakinləri yeni yolun qısa vaxt ərzində yüksək keyfiyyətlə istifadəyə verilməsinə görə prezident minnətdarlıqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR