Milli Məclis “Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında Saziş»i ratifikasiya edib

Milli Məclis “Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında Saziş»i ratifikasiya edib
# 27 may 2011 09:15 (UTC +04:00)
O. Əsədov əmin olduğunu bildirib ki, Azərbaycan dövlət müstəqilliyini prezident İlham Əliyevin rəhbərliyi altında möhkəmləndirəcək, əhalinin sosial rifahı daha da yüksələcək.
Daha sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. Öncə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova «Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında Saziş»i deputatların müzakirəsinə təqdim edib.
R. Aslanova bildirib ki, Azərbaycanda hüquqi statusa malik dini icmalar sırasına katolik kilsəsi də daxil edilir. Katolik kilsəsi müasir dünyada dövlətlər tərəfindən tanınan yeganə dini konfessiyadır.
Azərbaycanın müstəqillik əldə etməsindən sonra katolik kilsəsinin fəaliyyətinin bərpa olunduğunu deyən R. Aslanova 1997-ci ildən Azərbaycan və Vatikan arasında münasibətlərin qurulduğunu söyləyib.
Daha sonra saziş layihəsi səsə qoyularaq ratifikasiya edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR