Milli Məclis Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklikləri təsdiqləyib

Milli Məclis Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklikləri təsdiqləyib
# 31 may 2011 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər təsdiq olunub.
APA-nın məlumatına görə, dəyişiklik barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklərə görə, vətəndaşların Ali Məhkəməyə müraciəti zamanı ərizəyə ilkin olaraq, Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilmiş 5 hakimdən ibarət məhkəmə heyəti baxacaq. Məhkəmə tərkibinə daxil olan hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar olduqda, Ali Məhkəmənin sədri həmin hakimi 5 ehtiyat hakimdən biri ilə əvəz edir.
Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakim ərizəyə baxdıqdan sonra aşağıdakı qərarlardan birini çıxara bilər - Ərizənin qaytarılması haqqında, ərizənin rədd edilməsi haqqında, ərizənin iş ilə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında. Bu dəyişikliklər müzakirələrdən sonra təsdiqlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR