Əli Əhmədov: “Bəzən gənclər arasında az sayda müxtəlif təxribatlara uyanlar olur”

Əli Əhmədov: “Bəzən gənclər arasında az sayda müxtəlif təxribatlara uyanlar olur”
# 07 iyul 2011 10:00 (UTC +04:00)
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Oğuzda keçirilən tədbir çərçivəsində YAP sədrinin müavini – icra katibi, Əli Əhmədov gənclərlə görüşüb. Tədbirdə həmçinin YAP icra katibinin müavini Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev də iştirak ediblər. Görüş zamanı “Gənclik və müasirlik” mövzusunda diskussiya olub. Diskussiyada çıxış edən Ə. Əhmədov YAP üzvlərinin sayının 550 minə yaxınlaşdığını deyib: “Üzvlərimizin 40 faizi gənclərdir. Bu, Azərbaycan gənclərinin prezidentimizin həyata keçirdiyi siyasətə inamını ifadə edir. Biz istəyirik ki, siz YAP-ın həyata keçirdiyi siyasəti cəmiyyətdə yayasınız, öz yaşıdlarınızla bölüşəsiniz”.

YAP sədrinin müavini əlavə edib ki, bəzən gənclər arasında az sayda müxtəlif təxribatlara uyanlar olurlar. Onların aldadılmış, səhv yola çəkilmiş gənclər olduğunu deyən Ə. Əhmədov gənclərin vəzifələrindən birinin də onları səhv yoldan çəkmək olduğunu bildirib: “Onların kimlərinsə məqsədlərinə xidmət etmələrini, aldadılmalarını istəmirik. Bu, cəmiyyətimiz üçün itkidir. Siz onları düz yola çəkməlisiniz”.

Qeyd edək ki, hər il təşkil olunan "Yay məktəbi"nin məqsədi gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-biri ilə təmas, münasibət qurmaları, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkilidir. "Yay məktəbi"ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlarından suallara cavab verirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR