Hakim partiyanın sədr müavini: “Azərbaycan cəmiyyəti müxalifəti unudub”

Hakim partiyanın sədr müavini: “Azərbaycan cəmiyyəti müxalifəti unudub”
# 11 iyul 2011 16:00 (UTC +04:00)
Ona görə də cəmiyyətdə hər hansı dəstəyə malik deyil. Cəmiyyətdə dəstəyini itirən müxalifət öz mövqelərini ya qoruyub saxlamaq, ya da iddialarını büruzə verməkdən ötrü çox qəribə bir üsul seçib. Bu üsul xaricdə dəstək axtarmaqdan ibarətdir. Dəstəyi xaricdə axtaran müxalifəti, yaxud siyasi qüvvəni isə təbii ki, Azərbaycan cəmiyyəti, Azərbaycan insanı dəstəkləməkdən imtina edib”. APA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan cəmiyyətində müxalifətə qarşı çox qəribə hiss yaranıb: “Bu hiss ondan ibarətdir ki, cəmiyyət müxalifəti unudub. Ən azından bu gün mövcud olan müxalifət Azərbaycan cəmiyyəti tərəfindən unudulub. Ona görə də onların keçirdiyi, yaxud gələcəkdə keçirəcəyi “zirvə toplantısı”nın, hazırlayacaqları “zirvə sənədi”nin Azərbaycandakı ictimai-siyasi duruma hər hansı təsir imkanı mövcud deyil”.

Ə. Əhmədov müxalifətə hər hansı məsləhət, tövsiyə vermək fikrində olmadığını da bildirib: “Onlar onsuz da 20 ildir, özləri məsləhət verirlər, 20 ildir, toplaşırlar, 20 ildir, zirvələrə qalxırlar, 20 ildir, birləşirlər, 20 ildir, ayrılırlar. Bir vaxtlar bir mahnı vardı: küsüb barışmağın öz ləzzəti var. Bunlar da tez-tez küsüb barışırlar, görünür, burada da nə isə bir məqsədləri var...”

Bütün bunlarla yanaşı Ə. Əhmədov Azərbaycanda müxalifətin olmamasının tərəfdarı kimi çıxış etmədiklərini də deyib. “Ancaq onların səsləndirdikləri fikirlər də, “proqram” adlandırdıqları nəsə varsa, o da özlərinin siyasi ambisiyalarından başqa bir şey deyil. Əlbəttə, siyasi partiya siyasi ambisiyalarına uyğun fəaliyyət göstərməlidir. Ancaq istənilən partiyanın siyasi ambisiyası ictimai tələbatı ifadə etmirsə, insanların onu dəstəkləməsi mümkün deyil. Azərbaycan müxalifəti bax belə bir çətin duruma düşüb”, - deyə Ə. Əhmədov əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR