QAT Qadınlar Şurasının təşəbbüsü ilə imzatoplama kampaniyasına başlanıb

QAT Qadınlar Şurasının təşəbbüsü ilə imzatoplama kampaniyasına başlanıb
# 13 iyul 2011 12:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Qadınlar Şurasının təşəbbüsü ilə BMT baş katibi və ATƏT Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə ünvanlanan müraciətlə bağlı imzatoplama kampaniyasına başlanıb. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Kazan görüşündəki uğursuzluğun və ondan sonra Rusiya prezidentinin təşəbbüsü ilə gedən proseslərin Qarabağın taleyi üçün ciddi təhlükə yaratdığı, beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin başçılarının Ermənistana qarşı kəskin mövqe tutmalı olduqlarını xüsusi vurğulanıb.

Müraciətdə qeyd olunub ki, proseslər Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınmasına ümidləri heçə endirib və hərbi yolunu zəruri edib: “Biz qadın olaraq müharibənin tərəfdarı deyilik, amma indi artıq başqa yolun qalmadığını görür və müharibə başlayarsa, döyüşə getməyə hazır olduğumuzu bildiririk. Əgər müharibənin başlamasını istəmirsinizsə, bu cür ikili standartlar mövqeyindən əl çəkməlisiniz. Siz bu addımı atmasanız, deməli, bilərəkdən Azərbaycanı müharibə yoluna təhrik edəcəksiniz və başlayacaq müharibənin məsuliyyəti sizin üzərinizə düşəcək”.

Məlumatda o da qeyd olunub ki, müraciət iqtidar və müxalifət düşərgələrinin nümayəndələri, ictimai xadimlər, Qarabağ döyüşçüləri, qaçqın və köçkünlər - cəmiyyətin bütün təbəqələrini təmsil edən qadınlar tərəfindən imzalanması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR